Xaçmaz rayonuna infotur təşkil ediləcəkdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 16-17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Malibu” istirahət mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonuna infotur təşkil ediləcəkdir.
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən infotur Nabranın turizm potensialının təqdimatına həsr olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaqdır.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulmuşdur. İnfotur iştirakçıları iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələr və rayonun təbiəti ilə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]