XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA
Hörmətli Vaqif Səmədoğlu!
Sizi - müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
Siz respublikamızda ədəbi prosesin inkişafına töhfələr vermiş nəslin istedadlı nümayəndəsi olduğunuzu sənət aləminə gəldiyiniz ilk vaxtlardan nümayiş etdirmisiniz. Sizin yaradıcılığınız mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi və əhatəliliyi ilə səciyyələnir. Sənətsevərlərin diqqətini daim cəlb edən, özünəməxsus ifadə tərzinə malik poeziyanızda dünyanın, insanın və cəmiyyətin fəlsəfi dərki məsələləri mühüm yer tutmuşdur. Sözlərinizə bəstələnmiş mahnılar dilimizin geniş bədii imkanlarından ustalıqla faydalandığınızı təsdiq edir.
Teatr və kino üçün yazdığınız əsərlər yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilmiş, tamaşaçıların rəğbətini qazanaraq Sizi, eyni zamanda, dramaturq kimi tanıtmışdır.
Ölkəmizin ədəbi-mədəni həyatında, həmçinin ictimai-siyasi sahədə yaxından iştirak etməklə göstərdiyiniz təqdirəlayiq səmərəli fəaliyyət Sizin əsl vətəndaşlıq mövqeyinizin aydın ifadəsidir.
İnanıram ki, Siz yeni əsərlərinizlə ədəbiyyatımızı daha da zənginləşdirəcək və xalqımızın milli mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığınızı əsirgəməyəcəksiniz.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]