Xalqımız əbədi liderini heç vaxt unutmayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Xalqımız əbədi liderini heç vaxt unutmayacaq.
Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.
Bu sözləri dekabrın 12-də Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Şuşa şəhər 4 nömrəli orta məktəbinin müəllimi Kəmalə Musayeva AZƏRTAC-a müsahibəsində deyib.
K.Musayeva bildirib ki, xalqımız Heydər Əliyev itkisinin ağrısını hələ də yaşayır və bu illər ərzində dahi oğlunu, sevimli övladını bir an da unutmayıb. Allah Ulu Öndərə rəhmət eləsin!