Xankəndi-Laçın yolu : Kəskin hava şəraiti aksiya iştirakçılarını qətiyyən qorxutmur FOTOLAR
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq on gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, dekabrın 20-də günorta saatlarından yağan qar Şuşanı ağ örpəyə bürüyüb. Havanın şaxtalı, ərazinin qar olmasına baxmayaraq, aksiya iştirakçıları Xankəndi-Laçın yolundadırlar. Onlar mütəmadi olaraq ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirirlər.