XARİCİ ÖLKƏLƏRDƏ ALİ TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNCLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
Dövlət qurumları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini vurğulamışdır.
Son illərdə təhsilimizdə qazanılan uğurları konkret faktlarla qeyd edən M.Mərdanov dövlət və qeyri-dövlət xətti ilə 4 minə qədər azərbaycanlı tələbənin Rusiya Federasiyası, Türkiyə, ABŞ, Çin Xalq Respublikası, Misir Ərəb Respublikası, Yaponiya və başqa ölkələrdə ali təhsil aldığını diqqətə çatdırmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Milli Məclisin deputatı Fəttah Heydərov təhsilimizə göstərilən dövlət qayğısından bəhs etmiş, tələbələrə təhsildə uğurlar arzulamış, tövsiyələrini vermişlər.
ABŞ Təhsilli Azərbaycan Məzunlar Birliyinin rəhbəri Fariz İsmayılzadə və xaricdə ali təhsil alan digər tələbələr ayrı-ayrı ölkələrin təhsil sistemi haqqında məlumat vermiş, təhsildə əldə edilən nailiyyətlərdən danışmış, onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]