Xarkovun mərkəzində Nizami Gəncəvi və Mirzə Fətəli Axundzadənin heykəlləri ucaldılacaq
Xarkov, 22 iyun, AZƏRTAC
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin, o cümlədən azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadənin abidələri hazırlanıb.
Xarkovun mərkəzi hissəsində ucaldılacaq Nizami Gəncəvinin abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov, Mirzə Fətəli Axundzadənin abidəsinin müəllifi isə həmyerlimiz, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.
AZƏRTAC həmin heykəllərin fotosunu təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov