Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb
Bakı, 16 iyun, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçala və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, saat 14:20-də Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.
Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]