XƏZƏRYANI ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ İKİNCİ ZİRVƏ GÖRÜŞÜNƏ HAZIRLIQ GEDİR
Rusiya Prezidentinin beynəlxalq energetika əməkdaşlığı üzrə xüsusi nümayəndəsi İqor Yusufov iclasın yekunlarına həsr olunmuş brifinqdə demişdir ki, tədbir beş Xəzəryanı ölkənin dövlət başçılarının ikinci zirvə görüşünə hazırlıq ərəfəsində keçirildiyi üçün danışıqların iştirakçısı olan ekspertlərin üzərinə böyük məsuliyyət düşür. O bildirmişdir ki, zirvə görüşünü Tehranda keçirmək nəzərdə tutulur. Hazırda tərəflər onun keçirilməsi vaxtını diplomatik kanallarla razılaşdırırlar.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir ki, xüsusi işçi qrupunun ekspertləri dövlət başçılarının qərar qəbul edə biləcəkləri əsas məsələləri razılaşdırmaq üçün gərgin işləməlidirlər.
İclasda xüsusi işçi qrupunun 16-cı iclasının Aşqabadda keçirilməsi qərara alınmışdır, onun tarixi isə diplomatik kanallarla dəqiqləşdiriləcəkdir. Həmin iclasda Xəzəryanı dövlət başçılarının zirvə görüşünə təqdim edilməli olan ümdə məsələlər razılaşdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]