“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib






Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək “Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüşün sonunda Xəzər dənizinin Qazaxıstana məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimə aid konfransın yekun protokolu imzalanıb.
Təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [18:24]
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
- 24.04.2025 [13:09]
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
- 21.04.2025 [14:36]
Müdafiə nazirinin müavinləri Qətərə səfər ediblər
- 20.04.2025 [12:11]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 19.04.2025 [09:07]
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- 18.04.2025 [18:28]