Azərbaycan Dövlət İnformasiya Agentliyi

XII Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı qədim Şəkinin tarixində yeni parlaq səhifədir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın ən qədim şəhərlərindən biri olan və Böyük İpək yolunun üzərində yerləşən Şəkidə XII Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalının açılışı Azərbaycanın mədəni həyatında parlaq və mühüm hadisə oldu. Bu festival yarandığı ilk ildən əhəmiyyətli tədbirlər sırasında özünün layiqli yerini tutub və ölkəyə klassik və folklor musiqisinin həvəskarlarını cəlb edib. Festivalın 2010-cu ildən başlayan tarixi göstərir ki, Şəki hələ qədim zamanlardan bəri milli ənənələri qoruya bilir. Bu şəhərdə günümüzdə də Şərqin rəngarəng mədəniyyət ənənələri qorunub saxlanılır, yerli ustalar indi də təbii ipəyin istehsalı sirlərinə bələddirlər.

Azərbaycanın Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri gözəl musiqi bayramının ilk dəfə Şəki Xan sarayında keçirildiyi günlərdə çoxəsrlik çinar ağaclarının əhatəsində olan konsert meydançalarında, qədim Karvansara memarlıq kompleksində və Kiş dağ kəndindəki alban kilsəsində Azərbaycanın və dünyanın bir çox ölkələrinin ən yaxşı musiqiçiləri çıxış ediblər.

Həmin dövrdən illər ötüb və şübhəsiz ki, tanınmış kollektivlərin, görkəmli musiqiçilərin, dünyanın müxtəlif ölkələrindən musiqişünas alimlərin iştirak etdikləri XII Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı 2023-cü ildə də Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrildi və yenidən öz qonaqlarını qəbul etdi. Bu il Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti və TÜRKSOY təşkilatının dəstəyi ilə Çin Xalq Respublikasının Lyanşan-İy muxtar dairəsinin ansamblı, Qazaxıstan, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan folklor qrupları iştirak edirlər. Həmişə olduğu kimi, festivalın çoxsaylı iştirakçıları Şəkinin inkişafının, onun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyinin əyani şahidi olur, yenidən buraya qayıtmağı arzulayırlar.

Festivalın açılışında qonaqları salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin şöhrəti və tarixindən bəhs edib, onun 2016-cı ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı və 2017-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. O, xüsusi olaraq qeyd edib: “Bu gün şəhərimiz UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxildir, 2019-cu ildə isə ölkəmizin və şəhərin tarixində əlamətdar hadisə baş verib: Şəkinin tarixi mərkəzi Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

XII Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı əvvəllər olduğu kimi, xalqımızın, Şəkinin zəngin mədəniyyətinə layiq olan bayrama çevriləcək və turizm potensialının inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.

Elxan Usubov Azərbaycan Prezidenti İlham Əliyevin Şəkiyə səfəri zamanı şəhər haqqında söylədiyi sözləri sitat gətirib: “Şübhəsiz ki, Şəki zəngin tarixi və mədəniyyəti olan iri mədəniyyət mərkəzidir”. O əlavə edib ki, şəkililər dövlət başçısının bu fikirlərini xatırlayırlar və ölkənin rəhbərinin yüksək diqqətinə layiq olmağa çalışırlar.

Azərbaycanda festivallar şəhəri statusunu qazanan Şəkidə pandemiyadan sonra festivalın keçirilməsi onun təşkilatçılarının gözəl ənənəni davam etdirmək səylərindən xəbər verir. Bu, tamamilə anlaşılandır. Dünyaşöhrətli alim, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü “Şərəf” və “Şöhrət” ordenləri laureatı, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə keçirilən Beynəlxalq musiqi festivalı turizmin inkişafı baxımından Şəkini daha da cazibədar edir. Bu gün festivala gələn bir çox ölkələrin turizm sənayesinin nümayəndələri Şəkiyə böyük maraq göstərirlər. Bu status musiqi festivalı ilə yanaşı, digər böyük tədbirlərlə də möhkəmlənib. Burada hər il şirniyyat və teatr festivalları təşkil edilir. Şəhərin qeyri-maddi irsinin qorunması sayəsində turizm potensialının inkişafına nail olunub və Şəki beynəlxalq aləmdə daha çox tanınır.

Festivalın açılışı günündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında qonaqlara və şəhər sakinlərinə Firəngiz Əlizadənin “İntizar” vətənpərvərlik operası təqdim edilib. Tamaşa “Marxal” yay teatrında göstərilib.

Operanın librettosunun müəllifi M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva, dirijoru Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevdir. Bu, Firəngiz Əlizadənin yaradıcılığında ilk operadır. Onun premyerası bəstəkarın yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində olub. Operada Xarıbülbülün rənginin rəmzi, “Qarabağ şikəstəsi”, dağlarda soyuqdan donaraq həyatını itirən insanlar, xeyirlə şərin mübarizəsi diqqəti cəlb edir. Qələbəyə inamın rəmzi isə ağ atlı xilaskardır.

Tamaşadan sonra Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov, festivalın bədii rəhbəri Firəngiz Əlizadə və Azərbaycanın TÜRKSOY-da təmsilçisi Elçin Qafarlı kollektivi təbrik edib, TÜRKSOY-un 30 illiyi münasibətilə onlara sertifikatlar təqdim olunub.

Festivalın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr ediləcək konserti iyulun 7-də olacaq. Konsertdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi orkestri çıxış edəcək.

AZƏRTAC üçün məxsusi olaraq

Larisa Cavanşir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb