Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN-də diplomatik xidmətə qəbulla bağlı müsabiqə qaydaları açıqlanıb

XİN-də diplomatik xidmətə qəbulla bağlı müsabiqə qaydaları açıqlanıb

Bakı, 20 iyun, AZƏRTAC

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı elan yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq aparılır.

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

• Təhsilə dair tələblər: ali təhsil (xarici ölkədə təhsil almış namizədlərin ali təhsilə aid kvalifikasiyaları tanınmalı və ekvivalentliyi müəyyən edilməlidir)

• Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)

• Azərbaycan (dövlət) dili üzrə tələblər: danışma, dinləmə, oxuma və yazma - tam sərbəst

• Xarici dil biliklərinə dair tələblər: İştirakçı hansı xarici dilləri və hansı səviyyədə bilməsindən asılı olmayaraq aşağıdakı xarici dillərdən ən azı biri üzrə C1* səviyyəsində biliklərə malik olmalıdır: ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars, Çin, portuqal və ibri.

Qeydiyyat zamanı namizədin bildiyi (C1 səviyyəsi üzrə) xarici dillər və yazılı imtahanda iştirak etmək istədiyi xarici dil seçimləri olacaq.

*QEYD : C1 səviyyəsi dedikdə aşağıdakılar nəzərdə tutulur:

• müxtəlif mövzularda geniş həcmli və mürəkkəb mətnləri başa düşür;

• lüğətdən istifadə etmədən öz fikirlərini sərbəst və birbaşa ifadə edə bilir;

• sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir;

• mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir.

• Məzmuna dair tələblər: Elan edilmiş müsabiqə proqramında göstərilən normativ-hüquqi aktları, həmçinin qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, dövlət siyasəti, beynəlxalq münasibətlərdə iştirakı və xarici siyasəti haqqında ümumi məlumatları.

Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:

• Onlayn qeydiyyat

• Yazılı imtahanın birinci mərhələsi - test tapşırıqları

• Yazılı imtahanın ikinci mərhələsi - analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması

• Müsahibə

Onlayn qeydiyyat

Yazılı imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 2023-cü il 3 iyul saat 10:00-dan 2023-cü il 15 avqust saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahan 2 mərhələdən ibarətdir.

Test tapşırıqlarından ibarət olan birinci mərhələ 2023-cü il 17 sentyabr tarixində keçiriləcək.

Analitik yazı bacarıqlarının və xarici dil biliklərinin yoxlanılmasını nəzərdə tutan ikinci mərhələ 2023-cü il 23 və 24 sentyabr tarixlərində keçiriləcək.

Yazılı imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Yazılı imtahanın hər bir mərhələsində iştirak haqqı 70 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Yazılı imtahanın ikinci mərhələsi üçün iştirak haqqını yalnız birinci mərhələni müvəffəqiyyətlə keçərək ikinci mərhələyə buraxılmış şəxslər ödəyəcək.

“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən və müvafiq imtahan mərhələsində iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

• Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 22.06.2023-cü il saat 10:00-dan 21.07.2023-cü il saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaqdır.

Sınaq imtahanı 30.07.2023-cü il tarixində keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi üzrə keçirilir və imtahanda analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması nəzərdə tutulmur.

İmtahanın keçirilməsi

Yazılı imtahan 2 mərhələdən ibarətdir: test tapşırıqları (birinci mərhələ) və analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması (ikinci mərhələ).

• Yazılı imtahanın birinci mərhələsində namizədlərin müvafiq sahələr üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi üçün onlara 120 test tapşırığı təqdim ediləcək:

• Qanunvericilik və ümumi sahəvi biliklər - 75 tapşırıq;

• Ümumi dünyagörüşü və verbal, rəqəmsal məlumatlarla işləmə və mücərrəd düşünmə bacarığı üzrə - 45 tapşırıq.

• Yazılı imtahanın ikinci mərhələsinə aşağıdakı şəxslər buraxılacaqlar:

• İmtahanın birinci mərhələsinin hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı nəticə göstərən namizədlər;

• İmtahanın birinci mərhələsinin hər bir tapşırıq bloku üzrə 40%-dən yuxarı nəticə göstərən Çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərinə malik namizədlər;

• Yazılı imtahanın ikinci mərhələsində namizədlərin 4 bacarıq (eşidib-anlama, oxuyub-anlama, yazı və danışıq) üzrə xarici dil biliyinin qiymətləndirilməsi aparılacaq. Bundan əlavə namizədlərdən həm xarici dildə, həm də Azərbaycan dilində arqumentativ inşa (esse) tipli yazı tapşırığının təqdim olunması tələb olunacaq.

• Azərbaycan dilində icra olunan esse tapşırığından 50% və xarici dilin bütün komponentləri üzrə cəmi 60%, hər bir komponenti üzrə 20%-dən az olmayan nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

• Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə mərhələsinə çağırılacaq.

Müsahibənin keçirilməsi

• Yazılı imtahanın iki mərhələsi üzrə ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək.

• Yazılı imtahan və müsahibə mərhələsi üçün proqram eynidir.

• Müsahibə mərhələsində namizədlərin dil və kompüter bilikləri də yoxlanılacaq.

Nəzərdə tutulan işə qəbul planı:

Müəyyən edilmiş müsabiqə proqramı üzrə hər iki (yazılı imtahan və müsahibə) mərhələni uğurla başa vurmuş iştirakçılar mövcud vakant vəzifələr üzrə xidmətə müvafiq ardıcıllıqla qəbul ediləcək.

Namizədlər qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər: https://exidmet.dim.gov.az/elimt/XinTest/elan.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA