XİN: Ermənistanın hərbi təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.
“Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə XİN-in açıqlamasında bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [12:20]
Mərcan gözlü Batabatın qış nağılı VİDEO
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [12:00]
Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [10:53]
BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır VİDEO
Səyyar “ASAN xidmət” Ağdaşda
- [10:58]
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:58]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [23:03]
Qarlı Bakı havası
- 04.02.2026 [22:51]
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
- 04.02.2026 [22:10]
Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb
- 04.02.2026 [21:59]
Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır
- 04.02.2026 [21:55]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [21:41]
Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub
- 04.02.2026 [20:55]
Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
- 04.02.2026 [20:46]