XİN: Ukrayna ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur
Kiyev, 6 fevral, AZƏRTAC
Ukrayna ilə Azərbaycan arasında gözəl dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində iki ölkə arasında diplomatik münasibətlərin 29-cu ildönümü münasibətilə yerləşdirilən paylaşımda bildirilib.
“Bu gün biz diplomatik münasibətlərimizin 29-cu ildönümünü qeyd edirik. Ukrayna Azərbaycanla yüksək əməkdaşlıqdan razıdır. İnanırıq ki, Ukrayna və Azərbaycan arasında əməkdaşlıq daha da möhkəmlənəcək”, - deyə XİN-in təbrik bəyanatında vurğulanıb.
Qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ukrayna arasında ilk diplomatik münasibətlər 1992-ci il fevralın 6-da qurulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]