Xızıda polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatları paylayıblar
Xızı, 21 mart, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan 30-dan çox aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin ailələrin qonağı olan polis əməkdaşları onların bayram sevinclərinə şərik olub, ailə üzvlərinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.
Polislər tərəfindən bayram günü yad edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.