Xocalı faciəsi dünyada törədilmiş ən ağır cinayətdir
Bakı, 1 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Соğrafiya İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu elm müəssisəsinin direktor əvəzi, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Xocalı faciəsini törədən səbəblərdən, onun ağır nəticələrindən söhbət açmışdır. O, dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilərək soyqırım kimi tanınmasına və bu qırğını törədənlərin cəzalandırılacağına ümid bəslədiyini söyləmişdir.
İnstitutun ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev və digər çıxış edənlər də bu faciəni misli görünməmiş soyqırım adlandırmış, bundan lazımi nəticə çıxarmağın vacibliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]