Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı – erməni faşizminin əsl siması

Bakı, 24 fevral, AZƏRTAC

XX əsrin ən böyük bəşəri cinayətlərindən olan Xocalı soyqırımı erməni faşizminin ən qanlı əməli kimi tarixə həkk olunub. 1992-ci ilin fevralında erməni terrorçu qruplaşmalarının Qarabağın mərkəzində, Azərbaycan türklərinin ulu yurd yerlərindən olan Xocalıda soyqırımı törətməkdə əsas məqsədi nə idi? Niyə Qarabağ? Niyə Xocalı? Xocalı qatillərindən və “ASALA” terror təşkilatının rəhbərlərindən biri olan Monte Melkonyan ABŞ-nin Berkli Universitetinin arxeologiya fakültəsini bitirib. O, ABŞ-nin Kaliforniya ştatında doğulsa da, Qarabağa yalnız bir məqsədlə - Azərbaycan türklərinə qarşı soyqırımı törətmək üçün gəlmişdir. Qeyd edək ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan rəhbərliyinin dəvəti ilə ABŞ-dan, Fransadan, Yunanıstandan, İrandan, Suriyadan və Livandan bir çox terrorçu qruplaşmaları Qarabağa gəldilər. Hələ keçmiş SSRİ rəhbərliyinin 1920-1940-cı illərdə azərbaycanlıların Qərbi Azərbaycandan, yəni müasir Ermənistan ərazisindən zorla köçürməsi - deportasiyası nəticəsində onların doğma el-obalarına müxtəlif xarici ölkələrdən minlərlə erməni ailəsi köçürülmüşdü. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan prezidenti olmuş L. Ter-Petrosyan da Ermənistanda yox, Suriyanın Hələb şəhərində doğulub. O zaman Ermənistanın hərbi və siyasi güc strukturları məhz bir sıra xarici dövlətlərin məkrli planlarının həyata keçirilməsinə xidmət edən şəxslərə həvalə edilmişdi. Erməni faşizminin və ona dəstək verən xarici qüvvələrin Xocalı soyqırımını törətməkdə əsas məqsədi Qarabağın, eləcə də Xocalının qədim tarixinin tək varisi olan yerli azərbaycanlı əhalisini məhv etməklə, soyqırımı törətməklə və tarixə şahid olan qədim abidələri viran qoymaqla gerçək tarixin izlərini silmək idi. Xocalı müasir tarixə bəşəriyyətin ən böyük soyqırımlarından birinin törədildiyi məkan olaraq düşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Xocalıda bəşəriyyətin tarixində ən qəddar cinayətlərdən birini törətdilər. Xocalının 613 nəfər dinc sakini məhz azərbaycanlı olduqları üçün qətlə yetirildilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Xocalının 487 nəfər dinc sakin ağır yaralandı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni faşistləri əsir götürdükləri 1275 nəfərə amansız işgəncələr verdilər. Xocalının müdafiəsinə qalxan və işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparan rayon sakinlərindən - Əlif Hacıyev, Tofiq Hüseynov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov, Tabil Həsənov, İnqilab İsmayılov, Şakir Salahov, Natiq Əhmədov və Möhsüm Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

AZƏRTAC AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Xocalı soyqırımı - erməni faşizminin əsl siması” sərlövhəli məqaləsini təqdim edir.

Etibarlı tarixi mənbələrdə Xocalının tarixi keçmişi haqqında hansı məlumatlar öz əksini tapıb?

Hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində buradakı bir sıra qədim yaşayış məskənləri kimi Xocalının da Azərbaycan xalqının dörd min illik tarixi olan ulu yurd yerlərindən biri olması sübut edilib. Ümumiyyətlə, Qarabağ ərazisində qədim türk tayfalarına aid yaşayış məntəqələri və qəbir abidələri olan kurqanlar əsasən Xocalıda, Xankəndidə, Ağdamda, Tərtərdə, Xocavənddə və Şuşa yaxınlığında aşkar edilib. Xocalıdan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin oxşar nümunələrinə təkcə Qarabağ ərazisində yox, hətta Cənubi Qafqazın demək olar ki, hər yerində rast gəlinir. Xocalı-Gədəbəy mədəniyyəti kimi tanınan bu qədim mədəniyyət nümunələri Azərbaycan xalqının formalaşdığı erkən mərhələnin e.ə. II minillikdə təşəkkül tapdığını sübut edir. Xocalının qədim mədəniyyəti Azərbaycan xalqının əcdadları tərəfindən yaradılıb. Bu mədəniyyət üçün səciyyəvi olan tunc kəmərlər, baltalar, xəncərlər, enliağız qılınclar, yarpaqvari nizələr və ox ucluqları yerli əhalinin hələ 4 min il bundan əvvəl hərb sənətinin incəliklərinə yiyələndiyini sübut edir. Xocalı ərazisində Kurqan çölü, Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və digər qədim yaşayış məntəqələri müdafiə tikililəri ilə diqqəti cəlb edir. Xocalı ərazisindən tapılmış dulusçuluq sənətinin nadir nümunələri olan qabarıq gövdəli küplər, darboğazlı təkqulplu qablar, nehrələr və digər saxsı nümunələri yerli türk tayfalarının elat həyat tərzindən xəbər verir. Ən qədim zamanlardan çağdaş zamanadək Qarabağ və Zəngəzur xalçalarının naxışları məhz Xocalı tunc kəmərlərinin üzərindəki ornamentlərdən qaynaqlanır. Bu fakt, azərbaycanlıların yerli mədəni irsinin minilliklər boyu nəsildən-nəslə ötürüldüyünü sübut edir. Ermənilər isə Qarabağ bölgəsinə yadelli etnik ünsür olduqları üçün onların burada qədim zamanlardan etibarən yaşadıqlarını sübut edən heç bir tapıntı mövcud deyil. Şuşa Realnı Məktəbində alman dili müəllimi işləmiş Emil Resler 1892-1903-cü illərdə Qarabağda, Gəncəçay boyunca uzanan ərazilərdə apardığı tədqiqatlar barədə hazırladığı geniş hesabatda ilk dəfə Xocalının qədim abidələri haqqında məlumat verib. Xocalı rayonunun ərazisində çaydaşından inşa edilmiş 20-dən artıq iri ölçülü kurqanlar aşkar edilib. E.Reslerin 1895-ci ildə Xocalıda 11 saylı kurqandan aşkar etdiyi ən maraqlı tapıntılardan biri eradan əvvəl X əsrdə Aşşur dövlətinin hökmdarı II Adadnirarinin hakimiyyəti dövrünə aid üzərində mixi yazılar həkk edilmiş qara əqiq daşından muncuqdur. Hazırda Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılan bu tapıntının üzərində Aşşur dilində “Egal Adadnerari sar Kissati” (Azərbaycan türkcəsinə tərcüməsi: “Dünyanın hökmdarı Adadnerarinin sarayı”) sözləri yazılıb. Azərbaycan alimlərindən ilk dəfə Xocalıda tədqiqat işləri keçən əsrin 20-ci illərində Ələsgər Ələkbərov tərəfindən aparılıb. Onun qeyd etdiyi kimi, Azərbaycan arxeologiyasında Xocalının qədim abidələri açar rolunu oynayır.

Xocalı rayonunun ərazisi tarixi-mədəni abidələrlə zəngindir. Burada erkən orta əsrlər dövrünə aid Alban kilsələri ilə yanaşı, IX əsrə aid Qırxlar qalasını, Aslan qalasını, XIV əsrə aid Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni və XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın əmri ilə inşa edilmiş Əsgəran qalasını xüsusilə qeyd etmək olar. XVIII-XIX əsrlərdə tərtib edilmiş xəritələrdə Xocalı ərazisində bütün yer-yurd adları Azərbaycan türkcəsində qeyd edilib. 1842-ci ildə Çar Rusiyasının Qafqaz Korpusunun Baş Qərargahı tərəfindən hazırlanmış “Qafqaz diyarının xəritəsi”ndə Xocalı və onun ətrafındakı yer-yurd adları Azərbaycan türkcəsində olduğu kimi göstərilib. Bu xəritədə Xocalı, Abdal Gülablı, Qaradağlı, Daşbulaq, Picamal, Ballıca, Xanbağı, Mehdikənd, Qarakənd, Yengicə kəndləri və Qarqar çayının adları əks olunub. XIX əsrdə və XX əsrin əvvəllərində Çar Rusiyasının məmurları tərəfindən hazırlanmış hesabatlardan məlum olur ki, Xocalı ərazisindəki kəndlərin əhalisi Azərbaycan türkləri olub. O zamanlar çar məmurları bir sıra rəsmi sənədlərdə Azərbaycan türklərini “müsəlman tatar”, “tatar”, bəzən də “azərbaycanlı” adlandırırdılar. 1886-cı ildə çar Rusiyasının Zaqafqaziya diyarı üzrə ailə sayını nəzərdə tutan siyahıyaalmasına görə Xocalının 98-i kişi, 94-ü qadın olmaqla cəmi 192 sakini olub. Bu siyahıyaalınmanı əks etdirən rəsmi sənəddə göstərilir ki, Xocalı əhalisinin hamısı şiə məzhəbinə mənsub olan müsəlman tatarları, yəni Azərbaycan türkləridir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə kəndli təsərrüfatlarının siyahıyaalınması həyata keçirildi. Həmin siyahıyaalınmanın rəsmi nəticələrinə görə, Malıbəyli kənd cəmiyyətinin 6 kəndindən biri olan Xocalıda 318 sakin yaşayıb ki, onların da hamısı müsəlman tatarları olub. Beləliklə, istər çar Rusiyası, istərsə də sovet dönəminin rəsmi məlumatlarında Xocalı əhalisi içərisində bir nəfər də olsun erməni sakinindən bəhs edilməyib.

XIX əsrin əvvəllərində Azərbaycanı işğal etmək məqsədilə yerli feodal dövlətlərimiz olan xanlıqlarla və Qacarlar dövləti ilə müharibələr aparmış çar Rusiyası özünə yeni sərhədlər cızdı. 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə görə çar Rusiyasının yeni cənub sərhədləri Azərbaycanın tarixi torpaqlarının tən ortasından keçdi. XIX əsrin əvvəllərində bu təcavüzkar imperiya tərəfindən həm Azərbaycanın tarixi torpaqlarına yad etnik ünsür olan ermənilər köçürüldü, həm də Azərbaycan xalqının təbii sərvətlərinin amansız istismarı başlandı. Çar məmurları və özlərini alim kimi təqdim edən casuslar tarixi-mədəni abidələrimizi talan etməyə başladılar. Azərbaycan mədəniyyətinin nadir nümunələri Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinə və kitabxanalarına aparıldı. Azərbaycan xalqının tarixi təhrif edildi, ermənilərə isə “yeni vətən” kimi uydurma tarix hədiyyə edildi.

Xocalı əhalisi məhz Azərbaycan türkləri olduqları üçün soyqırımına məruz qaldı. Bundan sonra erməni faşistləri Qarabağın tarixi-mədəni abidələrini talan etməyə başladılar. Xocalı soyqırımını törədən faşist dəstələrinə sonradan Ermənistanda prezident olan S.Sarkisyan və R.Koçaryan, həmçinin müdafiə naziri S.Ohanyan rəhbərlik edirdi. Xocalı soyqırımının ideoloji rəhbərləri isə “Asala” terror təşkilatının liderlərindən olan M.Melkonyan, sadizm xəstəliyinə mübtəla olmuş Z.Balayan və D.Xerdiyan idi. Xocalı soyqırımı bütün dünyaya erməni faşizminin əsl simasını göstərdi. Bu cinayətkarlar Xocalı soyqırımını törətdiklərini etiraf ediblər. Erməni faşizminin başlıca istiqamətlərindən biri olan kultursid nəticəsində Qarabağın tarixi-mədəni irsi 30 il ərzində viran edildi. Burada Azərbaycan türklərinin tarixi izlərini sübut edən mədəni abidələrin əksəriyyəti kütləvi şəkildə məhv edildi, qalan cüzi hissəsi isə xarabazarlığa çevrildi. XX əsrdə dünyanın heç bir yerində uşaqlar, qadınlar və yaşlı insanlar Xocalıda olduğu kimi xüsusi qəddarlıqla qətlə yetirilməyib. Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub, nəinki Azərbaycan xalqı üçün, hətta bütün bəşəriyyət üçün təhlükəlidir. Buna görə də böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın özünə hakim ideologiya etdiyi faşizmə qarşı bütün səylərini səfərbər etməli və bu işğalçı dövlətin məkrli planlarının ifşa edilməsinə dəstək olmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr