Xocalı soyqırımı heç bir dinin əxlaqına sığmayan terror aktıdır
Bakı, 27 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 27-də “Park İNN-Azərbaycan” mehmanxanasında “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin (GMİİB) təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilən tədbir keçirilmişdir.
Birliyin sədri Ramiq Vəliyev bildirmişdir ki, tədbirin məqsədi Xocalı şəhərində baş verən və İslam, Quran və ümumiyyətlə heç bir dinin əxlaqına sığmayan terrorun bəşəriyyət üçün təhlükəsini çatdırmaq və bu terror aktını lənətləməkdir. O, 19 il əvvəl baş vermiş Xocalı soyqırımının bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş vəhşilik və terror aktı olduğunu vurğulamışdır. Həmin gecə yüzlərlə qadın, uşaq və qocanın həyatına son qoyulmuş, ailələr məhv edilmiş, uşaqlar valideynlərini itirmişlər.
Digər çıxış edənlər də terrorun, zülmün, ədalətsizliyin, müharibələrin qarşısının alınmasında, dinlərin, o cümlədən Qurani-Kərimin böyük əxlaqi təsirinin rolunu vurğulamışlar.
Tədbirdə, həmçinin elmi mövzulara toxunulmuş, “Quranda diqqət çəkilən canlılar və möcüzəvi xüsusiyyətlər” mövzusunda mühazirə oxunmuş, 20 daşlaşmış heyvan və bitki qalıqlarından ibarət sərgi nümayiş etdirilmişdir.
Sonda Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunmusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]