Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır

Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır

Bakı, 25 fevral, AZƏRTAC

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Uca səslə bütün sivil dünyaya bəyan edilir ki, erməni şovinist dairələrinin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı öz dədə-baba torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər susqunluqla qarşılanmamalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu qətliam bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımları ilə eyni sırada dayanır. Bir gecədə ermənilərin və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq hərbçilərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi ucdantutma qətlə yetirilən Xocalı faciəsi əsl soyqırımı aktıdır. Hadisələrin mahiyyətində ötən əsrin 80-90-cı illərində keçmiş ittifaqa rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun Sovet İttifaqında yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasətin daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsinə yaratdığı imkanlar dayanır. SSRİ-ni dağıtmaq üçün zəif halqa kimi seçilən millətlərarası qarşıdurma yaratmaq planı ermənilərin istəyi və bədnam Qorbaçov kimilərinin havadarlığı ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda gerçəkləşdirildi. Faciənin qarşısının alınması üçün həmin dövrdə ölkəmizə başçılıq edən səriştəsiz və antimilli “rəhbərlər” də zəruri tədbirləri görmədilər, hətta faciə haqqında real məlumatlar ictimaiyyətdən gizlədildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə qətlə yetirilməsi, 1257 nəfər Xocalı sakininin ermənilər tərəfindən əsir alınmasına, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər. Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır”.

Baş redaktor bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı ilə yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında, ən əsası onun soyqırımı kimi tanıdılmasının qarşımızda dayanan əsas vəzifə olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər görülüb və görülməkdə davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərə çox mühüm dəstəkdir”.

V.Rəhimzadə qeyd edib ki, hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Təəssüf ki, bütün bunlar kağız üzərində əksini tapan reallıqlardır. Əsas olan bəyanatlardan əməli fəaliyyətə keçilməsi, Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib