Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan dövlətinin dəyişməz prioritetidir RƏY

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan dövlətinin dəyişməz prioritetidir RƏY

Bakı, 24 fevral, AZƏRTAC

XX əsrin sonlarında xalqımızın üzləşdiyi ən dəhşətli faciələrdən biri 1992-ci ilin fevralında baş verib. Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Bu faciə xalqımızın yaddaşında silinməz iz qoyub, milli tariximizin qanlı səhifəsinə çevrilib. 1990-cı illərin əvvəllərində davam edən hərbi-siyasi qarşıdurma nəticəsində Xocalı şəhəri mühasirə şəraitində yaşayırdı. Strateji əhəmiyyətə malik olan şəhər həm coğrafi mövqeyi, həm də bölgədəki yeganə hava limanının burada yerləşməsi səbəbindən xüsusi hədəfə çevrilmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edən Ermənistan silahlı birləşmələri 613 nəfər dinc və mülki azərbaycanlını, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirib, 1275 nəfəri əsir aparıb və bununla da XX əsrdə Azərbaycan xalqına qarşı növbəti müharibə və soyqırımı cinayətini törədib.

“Hər il fevralın 26-da xalqımız Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsini dərin hüznlə yad edir. Hazırda Azərbaycan dövlətinin bununla bağlı qarşıya qoyduğu əsas məqsədlərdən biri Xocalıda baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması, eləcə də beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasıdır. Belə ki, Azərbaycan dövlətinin erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərin, “Azərbaycanlıların soyqırımı haqqında” Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin icrasının, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan olunmasının, Leyla Əliyevanın həyata keçirdiyi "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının və digər bu kimi tədbirlərin nəticəsi olaraq 18 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-nin 24 ştatı Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər. Xocalıda baş verənlərin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunması üçün kifayət qədər hüquqi əsaslar var. Lakin bu xüsusda qeyd etmək istərdim ki, Xocalıda dinc və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən dinc azərbaycanlı əhali çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Onların pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Ən dəhşətlisi budur ki, həmin vaxt dinc əhali, hətta yaşlılar və uşaqlar həm də ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdiyi qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aşkar surətdə üzə çıxarır”, - deyə Səbinə Salmanova bildirib.

O qeyd edib ki, Ermənistanın azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləri törətdiyini təsdiq edən faktlar yalnız Xocalı hadisələri ilə bitmir: “Azərbaycanlılara qarşı eynitərkibli cinayət hadisələrini erməni silahlı birləşmələri ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayonunun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Xocalı rayonunun Ballıqaya, Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin də işğalı və etnik təmizlənməsi zamanı törədiblər. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə və Tərtər şəhərlərinin davamlı olaraq ağır ballistik raketlər və qadağan olunmuş silahlardan atəşə tutulması da sıradan müharibə cinayəti deyildi, bu, həm də Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi növbəti soyqırımı idi. Sadaladığım bütün hadisələrin hüquqi araşdırılması zamanı təsdiq olunub ki, Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hərbi təcavüz zamanı 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməlləri törədiblər. Bununla yanaşı, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.

Deputat vurğulayıb ki, bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşası və tarixi ədalətin bərpası istiqamətində aparılan məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir: “Azərbaycan dövləti beynəlxalq tribunalarda Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi üçün sistemli və qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının “Xocalı soyqırımı bizim milli yaddaşımızdır və bu yaddaş heç vaxt unudulmayacaq” mövqeyi Azərbaycanın bu məsələdə geri dönüşü olmayan siyasi xəttini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin apardığı müstəqil, güclü və prinsipial siyasət nəticəsində Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq müstəvidə də haqq səsini ucalda bilən, tarixi ədaləti bərpa etməyə qadir bir dövlət kimi çıxış edir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, bu dəhşətli cinayətin hüquqi-siyasi qiymətini alması və günahkarların cəzalandırılması Azərbaycan dövlətinin dəyişməz prioritetidir və bu məqsədlərə nail olunacağına inam tamdır. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, bu faciə heç vaxt unudulmayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası