XORVATİYALI TENNİS USTASI İOSİF TİTONUN FİLLƏRİNİ XİLAS ETMİŞDİR
Zooparkın mətbuat xidmətinin əməkdaşı bildirmişdir ki, İvan və onun həyat yoldaşı Aida zooparkın hesabına xeyli vəsait keçirmişlər.
Hindistanın keçmiş baş naziri İndira Qandinin Titoya hədiyyə etdiyi “Sonya” və “Lanka” ləqəbli fillər 30 ilə yaxındır ki, Yuqoslaviyanın kommunist rejimi rəhbərlərinin Adriatik dənizi sahilində istirahət etdikləri Bricuni adasında başqa nadir heyvanlarla birlikdə saxlanılır.
Dünyanın idman aləmində altıncı güclü tennisçi hesab edilən İvan arvadı ilə adada dincəldikləri zaman fillərin ağır vəziyyətini görərək, onların yemlə təmin olunmasına kömək etməyi qərara almışdır.
Yerli mətbuatın yazdığına görə, tennisçinin ayırdığı vəsait ilin sonunadək fillərin yemlərinin alınmasına kifayət etməyəcəkdir. Çünki fillər hər gün 100 kiloqram ot və sair yeyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]