Xudafərin körpüsünün qış görüntüləri
Cəbrayıl, 13 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Son günlər ölkə ərazisində yağan qar Xudafərin körpüsündə də göz oxşayan mənzərə yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarlı hava Cəbrayıl rayonunda da dağları, çölləri ağ örpəyə bürüyüb. Azərbaycan memarlığının dəyərli abidələri sayılan Xudafərin körpüləri də qarla bəzənib.
Tarixi İpək yolunun üzərində yerləşən, Araz çayının Cəbrayıl rayonu ərazisindən keçən hissəsində sahilləri birləşdirən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər Orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.
Xudafərin körpüsünün fotolarını təqdim edirik.