Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil olunacaq hakimlər müəyyən edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Məhkəmə-Hüquq Şurası tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova təyin ediliblər.
Bu barədə AZƏRTAC-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Qeyd olunub ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]