Yanvar-aprel aylarında 308 min ton buğda idxal edilib
Bakı, 31 may, AZƏRTAC
Yanvar-aprel aylarında 308 min ton buğda idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 105,2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 92,9 milyon dollar olmaqla 365,3 min ton buğda idxal edilib.