CƏMİYYƏT
Yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib
![Yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib](/files/2024/1/1200x630/17104170824186132009_1200x630.jpg)
Həmin dövrdə “142” Çağrı mərkəzi tərəfindən 290 min vətəndaş müraciəti cavablandırılıb
Bakı, 14 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq ötən il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzi açılıb. Beləliklə, DOST mərkəzlərinin sayı 7-yə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Ümumilikdə ötən dövrdə DOST mərkəzlərində 2,1 milyon vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.
Bu ilin iki ayında “142” Çağrı mərkəzi tərəfindən isə 290 min vətəndaş müraciəti cavablandırılıb.