Yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 9 ayında 7128 nəfər əlilliyi olan şəxsi (o cümlədən 944 müharibə əlilini) protez-ortopedik bərpa xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlara 1150 təkərli oturacaq, 846 mühərrikli təkərli oturacaq, 1625 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 1302 eşitmə aparatı, 128 bel və boyun nahiyəsi üçün korset, 1497 protez ayaqqabı, 4882 ortopedik ayaqqabı, 760 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər, həmçinin 1842 qoltuqaltı və dirsəkaltı ağac, 1830 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin olunublar.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 35,6 min reabilitasiya vasitəsi təqdim edilib.
Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri Vətən müharibəsində ağır yaralanaraq ətraflarını itirmiş qazilərin yüksək texnologiyalı protezlərlə təminatıdır. Ümumilikdə postmüharibə dövründə 149 qazinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]