Yanvarın 13-14-də karate üzrə ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək
Bakı, 3 yanvar, AZƏRTAC
Yanvarın 13-14-də Bakıda Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirindən bir gün əvvəl beşqat dünya və 13 dəfə Avropa çempionu Rafael Ağayevin iştirakı ilə Azərbaycanda ilk beynəlxalq seminar da təşkil ediləcək.
Hər iki idman tədbiri Bakı İdman Sarayında olacaq. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaqlar. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatami üzərinə çıxacaqlar.
Turnirdə fərdi kata və kumite yarışlarından əlavə, kumite üzrə komanda çıxışları da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]