Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP-ın yaranmasının 25 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

YAP-ın yaranmasının 25 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Yeni Azərbaycan Partiyasının yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib: “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq, böyük Heydər Əliyevin rəhbərliyi ilə az vaxt kəsimində ümumxalq partiyasına çevrilmiş, qısa zamanda iqtidar partiyası olaraq xilaskarlıq missiyası ilə yenicə müstəqillik əldə etmiş Azərbaycanın boğulmaqda olan arzularını xilas etmiş, müstəqilliyimizin gerçəkləşməsini təmin etmişdir”. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyasının yalnız Azərbaycanın inkişafı naminə çalışdığını qeyd edən Bəxtiyar Əsgərov tarixə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. 1990-cı illərin əvvəllərində xalqımızın müstəqil Azərbaycanı dərin, çıxılmaz vəziyyətlərdən, düşdüyü böhrandan yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyevin çıxaracağına böyük ümidlər bəslədiyini, ziyalıların müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Azərbaycanın taleyində gələcəkdə çox mühüm rol oynayacaq Yeni Azərbaycan Partiyasının yaradıldığını xatırladıb. Natiq ümummilli liderimiz Heydər Əliyevin işığında, onun siyasi liderliyi əhatəsində yaranmış Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin əldə etdiyi müqayisəsiz nailiyyətlərdən, ölkəmizin dünya siyasi arenasında özünəməxsus mövqeyini gücləndirməsindən, müasir dövlətçiliyimizin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunmuş misilsiz uğurlu nəticələrdən və bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində qazanılmış yeni-yeni uğurlardan söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının dərin böhran şəraitində olduğu bir vaxtda xalqımızın iradəsi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıdışı müasir tariximizin ən şərəfli səhifələrindəndir. Ümummilli liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sabit müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Bu proseslərdə ulu öndər Heydər Əliyevdən sonra onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, xalqımızın tükənməz rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi, dünyəvi və regional proseslərdə daim ön cərgədə olması, xalqımızın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu bir daha sübut etmiş və etməkdədir.

Bəxtiyar Əsgərov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, partiya üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə və regionun güc mərkəzinə çevrildiyini qeyd edib. O, 25 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətimizin və insanların rifahının, sosial-mədəni həyatımızın inanılmaz səviyyədə yüksəlməsindən danışıb. Tədbirdə qeyd edilib ki, əldə olunmuş uğurlar Azərbaycanın gələcəyinin daha parlaq olacağına ciddi zəmin yaradıb.

Nümayəndəliyin rəhbəri, eyni zamanda, vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın gündəlik həyatını kökündən dəyişməklə, həyat səviyyəsini yüksək səviyyəyə çatdırmaqla yanaşı, Azərbaycanın siyasi, iqtisadi həyatında yeni mərhələnin əsasını qoyub: “Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası böyük Heydər Əliyevin əsasını qoyduğu siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynamaqdadır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları daim yaşayacaq. Hələ uzun illər doğma partiyamız Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının layiqli davamçısı olacaq, daşıyıcı qüvvəsi kimi hakim siyasi elitanı təmsil edəcək”.

Bəxtiyar Əsgərov, eyni zamanda, qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman dahi liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq: “Partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümü dediklərimizi sübut edir. Ona görə də ümummilli lider Heydər Əliyevin qurucu liderliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim keyfiyyət etibarilə genişləndirən, zənginləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası olaraq xalqımızın həyatında öz sözünü deməyə qadir partiya kimi bundan sonra hələ daha neçə on illər öz mövqeyini qoruyub saxlayacaq. Biz buna əminik”.

Sonda nümayəndəliyin rəhbəri deyib: “Təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın il dönümləri yüksək əhval-ruhiyyə, şövqlə qeyd edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı onun İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif yaddaqalan tədbirlər keçirir, “dəyirmi masa”lar təşkil edir. Muxtar Respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikası vaxtilə qoynunda ilk qurultayına qucaq açdığı Yeni Azərbaycan Partiyasının 25 illiyini möhtəşəm silsilə yubiley tədbirləri ilə qeyd etməkdə davam edir. Naxçıvan Muxtar Respublikasında yaradılan açıq mühitin və geniş şəraitin nəticəsidir ki, hazırda partiyamızın muxtar respublika təşkilatının əsas etibarilə ictimai fəallıq nümayiş etdirən, Vətəninə, xalqına, Ümummilli Liderinə sədaqət andı içmiş 53 min 595 nəfər üzvü var. Bunun 21 min 578 nəfərini gənclər, 22 min 979 nəfərini isə qadınlar təşkil edir”.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının 25 il əvvəl məhz Naxçıvanda yaranması, təşkilatlanması onun ümumrespublika təşkilatları içərisində nümunə göstəriləcək gücdə olmasını şərtləndirən amillərdən hesab olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Muxtar Respublika Partiya Təşkilatına verdiyi töhfənin, önəmin və ali diqqətin Azərbaycan dövlətçiliyinə xidmətin yüksək nümunəsi olduğunu bildirən nümayəndəliyin rəhbəri bundan sonra da partiya prinsipləri və nizamnaməsinə həssaslıqla yanaşılmasını, onun rəhbər tutulmasını vacib şərtlərdən hesab etdiyini vurğulayıb.

“İnanırıq ki, birliyimizi, həmrəyliyimizi ifadə edən Yeni Azərbaycan Partiyası sədrimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz regional liderliyini möhkəmləndirəcək və torpaqlarımızın erməni işğalından tezliklə azad olunması, ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi nailiyyətlərin müəllifinə çevriləcək”, - deyə Bəxtiyar Əsgərov vurğulayıb.

Tədbir digər çıxışlarla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub