YAP nümayəndə heyətinin Ərzuruma səfəri davam edir
Ərzurum, 15 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, YAP Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Qızıl Aypara Cəmiyyətinin Ərzurum şöbəsini ziyarət ediblər.
Sonra nümayəndə heyəti Atatürk Universitetinin Rektorluğunda olub.
Universitetin rektoru Ömer Çomaklı qonaqlara "Kurtuluşunun 100 yılında Erzurum ve ermənilər" kitabını və digər hədiyyələri təqdim edib.
Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələri barədə müzakirələr aparılıb.
Ö.Çomaklı Universitetin modeli və iş prinsipi haqqında Azərbaycan nümayəndə heyətinin üzvlərini məlumatlandırıb.
Görüşdən sonra YAP nümayəndə heyətinin üzvləri Universitetin Rektorluğundakı muzeyi və iş otaqlarını gəzib.