Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
Bakı, 19 mart, AZƏRTAC
Yaponiya Mərkəzi Bankı uzun müddətdir davam edən mənfi faiz siyasətini dayandırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Yaponiya Bankı iki günlük iclasdan sonra qısamüddətli faiz dərəcələri diapazonunu 0-dan 0,1 faizədək artırmaq qərarına gəlib. O, faiz dərəcəsini 17 ildən sonra artıraraq, mənfi faiz siyasətindən imtina edən dünyanın ən böyük sonuncu mərkəzi bankı olub.
Yaponiya Mərkəzi Bankının əvvəlki siyasəti koronavirus pandemiyası, Ukrayna müharibəsi və təchizat zənciri problemlərinin yaratdığı inflyasiya ilə mübarizə aparmaq üçün son iki ildə faiz dərəcələrini kəskin artıran digər mərkəzi banklarla ziddiyyət təşkil edirdi.
Qeyd edək ki, Yaponiya mərkəzi bankının yumşaq monetar siyasəti milli valyutanın dəyərinin sürətlə aşağı düşməsinə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]