Yaponiya özünümüdafiə hərbi-dəniz qüvvələrinin qərargah rəisi Çinə səfər edəcək
Tokio, 2 mart, AZƏRTAC
Yaponiya özünümüdafiə hərbi-dəniz qüvvələrinin qərargah rəisi son beş ildə ilk dəfə Çinə səfər edəcək.
AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, özünümüdafiə hərbi-dəniz qüvvələrinin qərargah rəisi gələn ay keçiriləcək hərbi paradda iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, ötən ilin oktyabrında Yaponiya və Çin arasında əldə edilən razılaşma özünümüdafiə qüvvələri ilə Çin silahlı qüvvələrinin rəhbərliyinin qarşılıqlı səfərlərini nəzərdə tutur.
Çin tərəfi hərbi-dəniz qüvvələrinin 70 illiyi münasibətilə keçiriləcək hərbi parada Yaponiya özünümüdafiə qüvvələrinin zabitlərini də dəvət edib. Buna cavab verən Yaponiya tərəfi bildirib ki, tədbirdə özünümüdafiə hərbi-dəniz qüvvələrinin qərargah rəisi iştirak edəcək. Bundan əlavə, Yaponiya həmin tədbirə bir esmines də göndərəcək.
Səfər baş tutacağı təqdirdə bu Yaponiya özünümüdafiə hərbi-dəniz qüvvələrinin qərargah rəisinin son beş ildə Çinə ilk belə səfəri olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]