Yaponiya “vaksin pasportu”nun verilməsinə iyulda başlayacaq
Tokio, 17 iyun, AZƏRTAC
Yaponiya hökuməti yerli bələdiyyələrə sakinlərə koronavirusa qarşı vaksinin vurulduğunu təsdiq edən “vaksin pasportu”nun iyulda təqdim edilməsinə icazə verməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato iyunun 17-də keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.
Bildirilir ki, həmin pasporta malik olan şəxslər xarici səfərlər zamanı daha çox tədbirlərə qatılmaq imkanı qazanacaqlar. Buna görə də Yaponiya biznesinin rəhbərləri və digər maraqlı şəxslər xarici səfərlər üçün bu sənədin daha sürətlə verilməsini tələb edirlər.
Qeyd edilir ki, yerli bələdiyyələr tərəfindən veriləcək həmin sənəd vaksinin vurulduğunu təsdiq edəcək və ödənişsiz olacaq.
“Vaksin pasportu”nda səfər edən şəxsin adı, vətəndaşlığı, pasportun nömrəsi və vaksinin vurulması tarixi əksini tapacaq.
Bununla yanaşı, hökumətdən bildiriblər ki, bu sertifikatların rəqəmsal variantı da hazırlanacaq və onu internet vasitəsilə əldə etmək mümkün olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]