DÜNYA
Yaponiya və Fransa hərbi təyyarələrin iştirakı ilə ilk birgə təlim keçirəcək
![Yaponiya və Fransa hərbi təyyarələrin iştirakı ilə ilk birgə təlim keçirəcək](/files/2023/2/1200x630/1689663760248603304_1200x630.jpg)
Bakı, 18 iyul, AZƏRTAC
Yaponiya və Fransa hərbi hava qüvvələrinin pilotları iyulun 26-dan 29-dək döyüş təyyarələrin iştirakı ilə ilk birgə təlimdə iştirak edəcəklər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada Tokioda keçirilən mətbuat konfransında deyib.
“Bu mühüm təşəbbüs Fransanın “açıq və azad Hind-Sakit Okean regionu” konsepsiyasında iştirakına və layihənin reallaşmasının təmin olunmasına yönəlib”, - deyə nazir bildirib.
Təlimlərdə Yaponiya ordusunun üç F-15 və iki F-2, Fransa tərəfinin isə iki “Rafale” qırıcı təyyarələrinin iştirakı gözlənilir. Manevrlər Pekinin regionda aktivliyi nəzərə alınmaqla, Tokio və Paris arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.