Yaponiyalı alimlər dünyada ilkə imza atıblar
Bakı, 5 mart, AZƏRTAC
Yapon həkimlər dünyada ilk dəfə canlı donorlardan həm ağ, həm də qaraciyərlərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər.
AZƏRTAC Kyoto Universitet Xəstəxanasına istinadla xəbər verir ki, 18 saat davam edən əməliyyat noyabrda aparılıb və xəstə martın əvvəlində evə buraxılıb.
Xəstə 10 yaşlı uşaq olub. Onda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik aşkarlanıb. Bu xəstəliyin simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişafıdır. Donorlar valideynlər və babası olub. Valideynlərdən ağciyərlərin sağ və sol hissələri, babadan isə qaraciyərin bir hissəsi götürülüb.
Bildirilib ki, həm xəstə, həm də donorlar özlərini normal hiss edirlər və həkim nəzarətinə ehtiyac duymurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]