Yaroslavldakı Azərbaycan icması tarixi Vətənə məhəbbətini güllərlə ifadə etmişdir
Bakı, 18 iyun (AZƏRTAC). Yaroslavl regional ictimai təşkilatının Azərbaycan Milli-Mədəni Muxtariyyəti (YAROAMMM) Yaroslavl şəhərində, Hökumət Evinin yanındakı fəvvarələr meydanında rəngarəng gül kompozisiyalarından ibarət nəhəng çiçək ləki salmışdır.
YAROAMMM-dan AZƏRTAC-a bildirmişlər ki, həmin ləkdə buta, paxlava və digər milli elementlərin təsvirini yaradan minlərlə çiçək əkilmiş, bitkilərdən rəngarəng kompozisiyalar yaradılmış, dekorativ və işıqlandırma elementləri əlavə edilmişdir. Kompozisiyanın ən başlıca bəzək elementlərindən biri milli geyimdə rəqs edən gənc cütlüyün fiqurları olmuşdur.
Şəhəri bəzəyən gül kompozisiyası yaroslavllıların və şəhərin qonaqlarının ovqatını yüksəldir, parlaq rəngləri və orijinal dizayner yenilikləri ilə könül açır, ətrafa xoş rayihə saçır. Rənglərin harmonik və düzgün vəhdəti göz oxşayır. Kiçik təpəcikdə mərmər qırıntıların köməyi ilə təsvir edilmiş Azərbaycan bayrağı xüsusilə gözəl görünür.
Bu yaddaqalan çiçək kompozisiyası son günlər şəhərdə yağış yağmasına baxmayaraq, cəmi iki gün ərzində yaradılmışdır. Artıq yüzlərlə turist və şəhər sakini onun fonunda şəkil çəkdirmişdir. Kompozisiyanın yaradılmasında gənc fəalların xüsusi zəhməti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]