Yaşa, şanlı Azərbaycan - FOTOSESSİYA
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik və tarixi mövzularda maarifləndirilməsinə xüsusi önəm verilir. Məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdir. Paytaxt məktəblərində şagirdlərə müasir müstəqil Azərbaycan, ölkəmizin hərb tarixi, dövlət atributları, Milli Ordumuzun rəşadəti və digər mövzularda məlumatlar verilir. Həmçinin məktəblilər tərəfindən vətənpərvərlik, bayraq və hərbi mövzularda kompozisiyalar təqdim edilir.
AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən “Yaşa, şanlı Azərbaycan” mövzusunda fotosessiyanı təqdim edir.