YAŞIL ÇAY SAHƏLƏRİNİN BƏRPASI VƏ YENİLƏRİNİN SALINMASI NƏZƏRDƏ TUTULMUŞDUR
Bakı, 27 sentyabr (AZƏRTAC). Mövcud yaşıl çay sahələrinin bərpası, yeni plantasiyaların salınması və ixracının təşviq edilməsi nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq çayçılıqla əlaqədar da məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, bölgələrdə 2007-ci ildə mövcud olan 1724 hektar yaşıl çay sahələrinin 712 hektarı seyrəkliyinə və məhsulvermə qabiliyyəti az olduğuna görə istehsalçılar tərəfindən çıxdaş edilmiş, 2008-ci ildə 1012 hektar yaşıl çay sahəsi qalmışdır. Həmin sahələrdən 323,1 ton yaşıl çay yarpağı yığılmışdır. Ötən il Lənkəranda 2 hektar yeni çay sahəsi salınmışdır.
Həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, bu il sentyabrın 7-dək ölkəmizdə 303,6 ton yaşıl çay yarpağı yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründəkindən 23,8 ton və ya 8,5 faiz çoxdur. Bu ilin ilk yeddi ayının statistikasına görə, çay ixracı 11,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]