Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib
Bakı, 15 mart, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda strategiyanın hazırlanması ilə bağlı müvafiq sahə üzrə fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsi müzakirə edilib. İşçi Qrupunun üzvlərinin təklifləri dinlənilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 fevral tarixli Sərəncamına əsasən, strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsinin cari il martın 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]