“Yaşıl Kart” sistemi çərçivəsində 29 min 516 sığorta müqaviləsi rəsmiləşdirilib
Bakı, 11 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında "Yaşıl Kart" sistemi çərçivəsində 29 min 516 sığorta müqaviləsi rəsmiləşdirilib.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövründə bu sistem çərçivəsində toplanan sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə artaraq 7 milyon 338,196 min manata çatıb.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]