Yaxın günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Bakı, 4 dekabr, E. Hüseynov, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında dekabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki,
dekabrın 11-də isə gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Temperatur ayın 10-11-də gecə 4-6° isti, gündüz 8-12° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 11-də yağıntı gündüz tədricən kəsiləcək. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, lakin dekabrın 10-da günün ikinci yarısında, ayın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 2-7° şaxta, gündüz 2-7° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin ayın 10-da axşam, 11-də bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 0-4° isti, gündüz 6-11° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaq. Lakin ayın 10-da günün ikinci yarısında, 11-də bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaq. Lakin dekabrın 10-da axşam, 11-də bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava
əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq. Lakin dekabrın 10-da axşam, 11-də bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 3-5° isti, gündüz 9-12° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.