Yaxın üç gündə hava necə olacaq?
Bakı, 7 yanvar, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15° enəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var. Havanın temperaturu yanvarın 8-də gündüz 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta, ayın 9-u gün ərzində 0°-yə yaxın, ayın 9-10-da gecə saatlarında 1-4° şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq ayın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək. Yollar buz bağlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]