YAZIÇILAR BİRLİYİNDƏ FƏXRİ MÜKAFATLARIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mükafatları təqdim etməzdən əvvəl ölkəmizdə elmin və mədəniyyətin inkişafında Müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin xidmətlərindən ətraflı danışan birliyin sədri, Milli Məclisin deputatı Anar bildirmişdir ki, bu tarixi şəxsiyyətin Fərmanı ilə son illər Yazıçılar Birliyinin 17 üzvünə xalq yazıçısı, xalq şairi, əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi fəxri adları verilmişdir. Bu gün təqdim olunan həmin vəsiqələri vaxtı ilə Heydər Əliyev imzalamışdır.
Xalq yazıçısı Anar fəxri adların vəsiqələrini və döş nişanlarını təqdim etmişdir.
Xalq yazıçısı Qılman İlkin, xalq şairləri Fikrət Qoca, Qabil, Söhrab Tahir, əməkdar incəsənət xadimləri İntiqam Qasımzadə, Yusif Həsənbəy fəxri mükafat alanlar adından çıxış edərək ölkəmizdə ədəbiyyatın və incəsənətin inkişafına, şəxsən onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]