Yeddi ayda 265 min 600 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Bakı, 11 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 7 ayında 265 min 600 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 93 mini münasib işlərlə təmin olunub, 12 min 200-ü isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Yanvar-iyul aylarında 8 min 400 işsiz üçün isə peşə hazırlığı kursları təşkil olunub, 152 min nəfərə peşəyönümü xidmətlər göstərilib.