Yeddi gün ərzində 400-dən çox yeraltı təkan...
Bakı, 23 iyun, AZƏRTAC
ABŞ-ın Yelloustoun Milli Parkında bir həftə ərzində 400-dən çox zəlzələ baş verib.
AZƏRTAC “natureworldnews.com” saytına istinadla xəbər verir ki, iyunun 12-dən 19-na qədər milli parkın ərazisində 464 yeraltı təkan qeydə alınıb. Zəlzələlərin əksəriyyəti Rixter şkalası üzrə bir baldan az olub. Lakin iyunun 15-də qeydə alınan və maqnitudası 4.5 bal olan zəlzələ ən güclüsüdür.
Alimlər bir həftə ərzində qeydə alınan yeraltı təkanların sayının son beş ilə nəzərən daha çox olduğunu açıqlayıblar.
Yeraltı təkanlar Yelloustoun vulkanının ətrafında baş versə də, tədqiqatçılar onun püskürmə şansını minimum səviyyədə qiymətləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]