Yəmənin Kushar bölgəsinə hava hücumu nəticəsində 23 nəfər ölüb
Bakı, 12 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya güclərinin Yəmənin Hacca vilayətindəki Kushar bölgəsinə hava hücumu nəticəsində 23 dinc sakin ölüb, daha 20 nəfər yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Yəmənin Al Masirah televiziya kanalında evlərin havadan bombalanmasının görüntüləri nümayiş etdirilib. Yəmən Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, ölənlər arasında uşaqlar və qadınlar çoxluq təşkil edirlər. Yaralılardan da əksəriyyətinin vəziyyətinin ağır olduğu, ölü sayının arta biləcəyi bildirilir. Eyni zamanda, xilasedicilər bombaların dağıtdığı evlərin altında qalmış insanları xilas etmək üçün tədbirlər həyata keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]