Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Moskvada keçirilən forumda iştirak edir
Bakı, 11 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Moskvada Rusiya Federasiyası hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının I Gənclər Forumunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 9-da başlanmış Forumda 5 istiqamət - siyasi, iqtisadi, informasiya mübadiləsi, idman və mədəniyyət üzrə müzakirələr aparılır.
Forumda Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin nümayəndə heyətlərinin, həmçinin Rusiya Dövlət Duması və İctimai Palatasının deputatlarının, Rusiya Federasiyanın siyasi, ictimai, mədəniyyət xadimlərinin iştirakı gözlənilir.