Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında birgə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının ifadəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib.

Əli Əhmədov qeyd edib ki, ölkəmiz öz torpaqlarını Ermənistanın işğalından azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından danışır. Eyni zamanda, bu dostluq və qardaşlıq Azərbaycanın ədalətli mübarizəsinə çox böyük mənəvi dəstək verir.

YAP sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırıb, bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda ədalətli savaşa başlayıb. Azərbaycanın hər bir vətəndaşı istəyir ki, 30 il işğal altında olan torpaqları azad etsin. Ərazilərimiz işğaldan azad olunur və Azərbaycan bayraqları bu torpaqlarda dalğalanır. Bu savaş bütün ərazilərimiz azad edilənə, sərhədlərimiz bərpa olunana qədər davam edəcək. Ölkədə bütün xalqımız, o cümlədən bütün siyasi partiyalar, QHT-lər Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya getdikcə Azərbaycanın haqq işini daha geniş hiss edəcək. Azərbaycanın və Türkiyənin apardığı işlər nəticəsində biz buna nail oluruq. 30 il ərzində bu münaqişənin sülh yolu həllini gözləmişik”.

Ötən illər ərzində ATƏT-in Minsk qrupunun və həmsədrlərin münaqişənin həlli və işğal altındakı torpaqların azad edilməsi üçün lazımi işləri görə bilmədiklərini deyən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır. Bu mübarizə Qafqaza sülh gətirəcək. Türkiyə haqqın və ədalətin yanındadır. Qarabağı işğaldan azad etməklə Azərbaycan Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələrini verir. Ümid edirəm ki, döyüşlər başa çatanda işğaldan azad olunan Qarabağda YAP və AKP-nin birgə toplantısını keçirəcəyik. Azərbaycanda hər kəs bu savaşın böyük qələbə ilə başa çatması arzusu ilə yaşayır. Ordumuz və Prezidentimiz bu böyük qələbə üçün lazım olan bütün tədbirləri görür. Türkiyə cəmiyyətində də hər kəs Qarabağ savaşından danışır. Onu da qeyd etmək istəyirəm ki, münaqişənin nizamlanması üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ötən illər ərzində özünü doğrultmadı. Buna görə də münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesdə fəal iştirak etməlidir. Çünki zaman göstərdi ki, problemin həllinə regiondan uzaqda olan dövlətlər deyil, məhz region ölkələri böyük töhfələr verə bilər. Bu baxımdan, Türkiyənin rolu xüsusi qeyd edilməlidir”.

Türkiyə bütün qəlbi ilə Azərbaycan dövlətinin və xalqının yanındadır. Bütün beynəlxalq təşkilatlarda sona qədər Azərbaycana dəstək göstərəcəyik.

Bu fikirləri isə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Numan Kurtulmuş çıxışı zamanı söyləyib. N.Kurtulmuş bildirib : “Türkiyə dövləti olaraq Azərbaycana qətiyyətli dəstəyimizi ifadə edirik. Türkiyə sonadək Azərbaycan xalqının və dövlətinin yanında olacaq. “Bir millət, iki dövlət” şüarını təkcə sadəcə söz olaraq söyləmirik. Azərbaycana ən kiçik zərbə dəydiyi zaman bizim bütün vətəndaşlarımız bunu özündə hiss edir. Türkiyə Azərbaycanın haqlı savaşında sona qədər onun yanında olacaq. Bu dəstəyi partiyalar səviyyəsində göstərmək, Yeni Azərbaycan Partiyası ilə AKP arasında əməkdaşlığı genişləndirmək üçün indiki konfransı keçiririk. Azərbaycanın haqlı mübarizəsində onu dəstəkləyirik. Bu məsələdə bəzi ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistandır. Bir sıra Avropa ölkələrində diaspor vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə mane olan ölkə də Ermənistandır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bütünlüklə çəkilməlidir. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Azərbaycan Ordusu dünyanın gözü önündə bu hədəflərə doğru irəliləyir, işğalçılara göz açmağa imkan vermir. Diləyimiz Qarabağın işğaldan azad olunmasıdır”.

Türkiyənin Azərbaycanın haqq işini bütün platformalarda dilə gətirdiyini, dünya ictimaiyyətinin Ermənistanın işğalçı olduğunu bildiyini vurğulayan AKP rəsmisi söyləyib: “Atəşkəsdən bəhs etsələr də, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən danışmırlar. Bu, qəbulolunmazdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edilməlidir. Ona görə də işğalçıya təzyiqlər göstərmək lazımdır. Biz Türkiyə olaraq bütün dünyaya başa salmağa çalışırıq ki, bu regionda sülh və sabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Biz Qafqazda münaqişə istəmirik. Azərbaycanın tarixi torpağı olan Qarabağ işğaldan azad edildikdən sonra bölgədə davamlı sülh təmin olunacaq. Türkiyə olaraq bu regionda bütün xalqların sülh şəraitində yaşamasını istəyirik”.

Numan Kurtulmuş qeyd edib ki, Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir. Bu isə yolverilməzdir. “Qarabağın işğalı 30 ildir davam edir. Bu 30 illik müddətdə ATƏT-in Minsk qrupunun problemin həlli üçün ciddi təşəbbüsləri olmadı. Azərbaycanın haqlı mübarizəsi də buna görədir. İnşallah. azərbaycanlı qardaşlarımız bu savaşda zəfər çalacaqlar. Haqq mübarizəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, - deyə o vurğulayıb.

Milli Məclisin Azərbaycan - Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyənin Azərbaycanın haqq işinə dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, bu amil Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq birliyə çatdırılmasında da mühüm rol oynayacaq. Ə.Əmiraslanov cəbhədə vəziyyətin gərginləşdiyi gündən etibarən türkiyəli həmkarları ilə daim təmasda olduqlarını da diqqətə çatdırıb.

TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım isə çıxışında bildirib ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sonadək mübarizə aparacaq. Şamil Ayrım qeyd edib ki, hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir. Onun fikrincə, bu birlik sayəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək və bu məsələdə Türkiyə daim qardaş ölkənin yanındadır.

Dostluq qrupunun rəhbəri bu günlərdə Türkiyənin Xarici İşlər naziri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu deyib və bu görüşlə bağlı təəssüratlarını bölüşüb. O, həmçinin hər gün azərbaycanlı həmkarları ilə əlaqə saxlayaraq, cəbhədəki vəziyyətlə maraqlandığını söyləyib. “Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir”, - deyən Ş.Ayrım zəfərin Azərbaycanın yanında olacağına əminliyini bildirib.

Türkiyə dövlətinin Azərbaycana dəstəyi birmənalıdır.

Bu fikri isə videokonfransda çıxışı zamanı Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Fatih Şahin deyib. Deputat bildirib: “Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək hüququ var. Bu yolda Türkiyə xalqı öz dəstəyini hər zaman ifadə edib. AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”.

AKP-nin Vətəndaş cəmiyyəti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, deputat Jülide Sarıeroğlu çıxışında türk xalqının dualarının Azərbaycanla olduğunu söyləyib. O deyib: “İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi qələbə ilə başa çatacaq. Bu yolda Azərbaycan Ordusuna dualarımızla dəstək veririk”.

Sonra çıxış edən AKP-nin tanıtım və media şöbəsinin müdiri, deputat Mahir Ünal deyib ki, Qarabağın işğal altında olması qəlbimizdə bir yara idi. “Xocalı faciəsinin yarasını ürəyimizin dərinliyində hiss edirik. Bu gün isə gəldiyimiz nöqtə odur ki, tezliklə haqq öz yerini tapmalıdır. Bu gün Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi yolunda zəfərlər qazanmaqdadır. Bu zəfərlər təkcə Azərbaycanda deyil, Türkiyədə, eləcə də bütün İslam coğrafiyasında coşqu yaratmaqdadır. Biz Türkiyə, AKP olaraq Azərbaycanın ədalətli mübarizəsinə daim dəstək veririk. Bu dəstəyi beynəlxalq media müstəvisində də göstəririk. Hesab edirik ki, Qarabağ probleminin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”, - deyə Mahir Ünal vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, hazırkı məqamda Türkiyənin dəstəyi torpaqlarımızın işğaldan azad edilməsi işində xalqımızın mənəvi gücünü artırır. ATƏT-in Minsk qrupunun fəaliyyətinə münasibət bildirən B.Muradova Prezident İlham Əliyevin bu qurum haqqında fikirlərini də xatırladıb. O deyib ki, artıq Minsk qrupunun heç bir perspektivi yoxdur. B.Muradovanın fikrincə, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə digər münaqişələrin həlli üçün də yol xəritəsi göstərir. Bununla da beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə töhfə vermiş oluruq.

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov isə çıxışında Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədərimiz isə bizim kədərimizdir” kəlamını xatırladıb. Azərbaycanla Türkiyənin qardaşlığının sarsılmaz olduğunu söyləyən E.İbrahimov hazırkı məqamda bu qardaşlığın təntənəsini yaşadığımızı söyləyib. O, əmin olduğunu bildirib ki, Azərbaycanın başladığı mübarizə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb