Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası ilə üz-üzəyik
Bakı, 29 mart, AZƏRTAC
Burada çıxış edən hər kəs alçaldılmalardan, pis rəftardan danışır. Biz Makron hakimiyyətinin diktaturası ilə üz-üzəyik. Bakıda nümunəvi davranmalıyıq ki, istəyimizə nail olaq.
AZƏRTAC xəbər verir ki, bunu “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik”, - deyə Yevgeniy Tetuanui bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [17:13]