YENİ MEYVƏ BAĞLARININ SALINMASI İLƏ BAĞLI ÖHDƏLİKLƏR YERİNƏ YETİRİLİR
Bakı, 29 sentyabr (AZƏRTAC). Son illər ərzində ölkə ərazisində yeni meyvə bağlarının salınması ilə bağlı öhdəliklər uğurla yerinə yetirilir. Belə ki, Şəmkir, Astara, Göyçay, Ağsu, Kürdəmir, Naxçıvan, Xaçmaz, Quba, Qusar, Qəbələ, Tərtər, Zaqatala və digər rayonlarda hər il yüksək məhsuldarlıqlı, xəstəliklərə və zərərvericilərə qarşı davamlı olan sortlardan ibarət yeni bağlar salınır. Ötən ildən indiyədək regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində 8.850 hektar sahədə yeni meyvə bağları salınmış və 5.600 hektar ərazidə mövcud bağlar bərpa edilmişdir.
Ümumiyyətlə, 2004-cü ildə 1.389 hektar, 2005-ci ildə 2.001 hektar, 2006-cı ildə 4.026 hektar, 2007-ci ildə 6.642 hektar, 2008-ci ildə 5.227 hektar sahədə yeni meyvə bağları salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]