Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad edilib

Bakı, 26 fevral, AZƏRTAC 

Üç il əvvəl - 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun xatirəsi cəbhəyanı bölgədə - Yeni Xocavənd qəsəbəsində ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəsmilərinin, Xocavənd Rayon İcra Hakimiyyəti rəhbərliyinin, bölgənin müdafiəsində dayanan hərbi hissə komandanlığının, paytaxt Bakıdan və respublikanın müxtəlif şəhər və rayonlarından gələn şəhid ailələri üzvlərinin, müharibə veteranları və əlillərin, ictimaiyyət nümayəndələrinin, hərbi qulluqçuların, məktəbli və gənclərin iştirak etdiyi tədbirlər şəhidlərin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, həm də ordu ilə xalqın sağlam mənəvi birliyinin nümayişinə çevrilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, qarşısına güllər düzülüb. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların adlarının əbədiləşdirilməsi, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının - bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətin əsl mahiyyətinin dünyaya çatdırılmasında, beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasında, bu soyqırımı törədənlərin ifşa olunmasında Ulu Öndərin böyük xidmətləri qeyd edilib. Unudulmaz lider Heydər Əliyevin “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovunist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir” fikri xatırlanıb.

Qeyd olunub ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bu gün də ölkəmizdə və Vətənimizin hüdudlarından uzaqlarda da davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Hələ Xocalı soyqırımı törədilən qanlı gecədən öncə xocavəndlilər erməni quldurlarının törədikləri vəhşiliklərin ağrı-acılarını yaşayıblar. 1992-ci il fevralın 17-dən başlanan Qaradağlı soyqırımı zamanı kəndin on sakinindən biri şəhid olub, 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülüb, onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən amansız əziyyətlər verilərək qətlə yetiriliblər. Heç kim və heç nə yaddan çıxmır, unudulmur.

2017-ci ilin yanvarında Xocavənd istiqamətində 5 nəfər hərbi qulluqçunun həlak olması da məhz Qaradağlı, Xocalı soyqırımlarını törədənlərin məkrli, hiyləgər və işğalçılıq siyasətinin davamıdır.

Səlakətin kənd tam orta məktəbində (Səlakətin Azərbaycanın ən qədim kəndlərindəndir. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarası bu kənddədir. Kənd 28 il öncə işğal edilib, kənd məktəbi də qaçqınlıq həyatını yaşamağa məcbur olub) “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında keçirilən tədbirdə şəhidlərin adları verilmiş sinif otaqlarında vətənpərvərlik dərsləri keçirilib, üç il öncə şəhid olan hər bir şəhidə həsr edilən xatirə guşələrinə baxış olub, məktəblilər həmin şəhidlərin ailə üzvləri ilə görüşüb, müəllimlərin, şagirdlərin çıxışları dinlənilib.

Cəbhəboyu zonada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Bütün bu işlərin təşkilində hərbçilərin köməyi xüsusilə vurğulanıb.

Kuropatkino kənd uşaq bağçasının hərbi libas geyinmiş balaca sakinlərinin təqdim etdiyi “Atamız şəhid oldu, biz atasız qalmadıq. Vətən, dövlət, bir də xalq bizə atadır, ata!” adlı ədəbi kompozisiya tədbir iştirakçılarına həm kədərli, həm də qürurlu anlar yaşadıb.

Xocavəndlilərin və hərbi qulluqçuların birgə yaratdıqları “Xatirə parkı”nda keçirilən mərasimi Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani açaraq deyib: “Vətən uğrunda həlak olmaq əbədi həyat qazandırır. Qədirbilən xalqımız torpaq uğrunda həlak olanları, şəhidlik zirvəsinə ucalanları heç vaxt unutmur. Onların adları xatirələrdə, ürəklərdə, şeirlərdə, nəğmələrdə və bir də yeni-yeni ünvanlarda əbədiləşdirilir, onlar cismən həyatda olmasalar da, əməlləri, qəhrəmanlıqları yaşayır, nəsillərə örnək olur, valideynləri, doğmaları, eləcə də bütün xalqımız, döyüş dostları onlarla fəxr edirlər. Üç il öncə şəhid olmuş hərbi qulluqçular Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərov da belə unudulmaz oğullarımızdandır. Onlar Azərbaycan Respublikasının Prezidenti adından, Müdafiə nazirinin əmri ilə yeni təsis edilmiş “Şücaətə görə” medalı ilə təltif olunmuş ilk döyüşçülərimizdəndirlər. Bu gün isə Yeni Xocavənd qəsəbəsində istifadəyə verilən “Xatirə parkı”nda onların adları əbədiləşdirilərək gənc nəslə qəhrəmanlıq, şəhidlik yolunu göstərən məşələ çevrilirlər”.

Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa edilib, parkın açılışı olub. Aprel döyüşləri zamanı Lələtəpəyə bayraq sancan igid döyüşçü Asim Əliyev alqışlar altında parkın girəcəyində üzərində “Qarabağ Azərbaycandır!” sözləri yazılmış, Azərbaycan xəritəsi təsvir edilmiş yaşıl təpənin zirvəsində Azərbaycan bayrağını qaldırıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov xocavəndlilərin Qarabağ müharibəsinin ilk günlərindən düşmən təcavüzünə qarşı vuruşduqlarını deyib. O, Xocavənd könüllülərinin son gülləyə qədər mübarizə apardıqlarını və bu gün də hər bir xocavəndlinin ordumuza dayaq, döyüşə hazır olduğunu bildirib.

İcra başçısı 1994-cü il aprelin 10-da ulu öndər Heydər Əliyevlə xocavəndli döyüşçülərlə Nərgiztəpə istiqamətində ön səngərdə görüşdüyü tarixi anları yada salıb və həmin səngərin bu gün müqəddəs bir məkan kimi qorunduğunu, həmin səngərdə mətin Azərbaycan əsgərinin ayıq-sayıq, məğrur dayandığını qeyd edib.

General-mayor Mayis Bərxudarov əsası Ümummilli Liderimiz tərəfindən qoyulan müasir Azərbaycan Ordusunun bu gün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətləndiyini, dünyanın ən güclü ordularından birinə çevrildiyini nəzərə çatdırıb. Bütün xalqımız kimi Azərbaycan Ordusu şəxsi heyətinin də ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiyini, Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü ilə tezliklə işğal altında olan digər torpaqlarımızın da azad ediləcəyinə əminliyini bildirib.

General şəhidlərin anım günündə dəvətlərini qəbul edərək Bakıdan, Naxçıvandan, Şəkidən, Yardımlıdan və digər bölgələrdən tədbirə gələn şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirib.

“Şəhidlər bizimlə bir sıradadırlar. Onlar ölməyiblər. Biz hər bir qələbimizi, hər bir uğurumuzu unudulmaz şəhidlərimizin əziz xatirəsinə həsr edirik. Onların bir arzusu var idi: “Lələtəpə uğrunda döyüşlərdə olduğu kimi qələbə bayrağımızı Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Qubadlıda və işğal altında olan digər tarixi və əzəli torpaqlarımızda dalğalandırmaq!”. Şəhidlərimizin bu arzusunu qətiyyətli Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri gec-tez gerçəkləşdirəcək və respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır”, - deyə general-mayor M.Bərxudarov bildirib.

Şəhid anaları adından çıxış edən Dursun Abdullayeva nəvələri Amin və Nərminlə birlikdə Şəki şəhərindən gəldiklərini, oğluna və bütün şəhidlərə göstərilən bu diqqəti, ehtiramı görüb ürəyinin dağa döndüyünü, ailələrinin heç vaxt unudulmadığını bildirib. Dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə, bugünkü silsilə tədbirlərin təşkilatçılarına şəhid ailələri adından minnətdarlıq edib.

Xocavənd məktəblilərinin təqdim etdikləri ədəbi-musiqili kompozisiya maraqla qarşılanıb.

Sonra tədbir iştirakçıları “Xatirə parkı” ilə tanış olub, şəhidlərin xatirə lövhəsi qarşısına qərənfillər düzüb, Şəhidlər bulağından su içib, ağacəkmə aksiyasına qoşulub, birlikdə xatirə şəkilləri çəkdiriblər.

Yeni Xocavənddə keçirilən silsilə tədbirlərdən sonra qonaqlar hərbi hissədə əsgərlərlə birlikdə nahar ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!