YENİYETMƏ FUTBOLÇULAR ALMANİYAYA GEDƏCƏKLƏR
Bakı, 28 fevral (AZƏRTAC). Avropa çempionatının seçmə mərhələsinin elit raunduna vəsiqə qazanmış 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 9-dan 17-dək Frankfurtda təlim-məşq toplanışı keçirəcək.
Xatırladaq ki, qitə çempionatında Azərbaycan yığması Hollandiya, Xorvatiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Lüksemburqda keçiriləcək. Yığmamız 2009-cu il martın 19-da Hollandiya, 21-də Xorvatiya, 24-də isə Lüksemburq komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]